
Bakıda vətəndaş baş həkimin otağını yandırıb
Yayımlandı: 9 İyul 2024 16:56
O, baş həkimdən sənəd ala bilmədiyinə görə bu addımı atıb
Bakıda 9 saylı xəstəxanada vətəndaşın baş həkimdən sənəd ala bilmədiyinə görə onun otağını benzin tökərək yandırdığı bildirilir.
Hadisə iyulun 9-da baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, poliklinikada yanğın törətməkdə ittiham olunan 1984-cü il təvəllüdlü Rüfət Rəhimov saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.



