
Bakıda içində 735 min dollar olan çanta aparılıb
Pulları aparan şəxs tutulub
Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. Daxili işlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan almış şəxsin Qəbələ rayon sakini Elçin Abdullayev olması müəyyən edilib. O, dərhal tutulub.
Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.




