
Bakıda heyvansevərlərin aksiyası olub
Bu gün, oktyabrın 4-də Bakının mərkəzi Fəvvarələr meydanında heyvansevər fəallar aksiya keçiriblər. Onlar itlərin qanunsuz güllələnməsinə etiraz etdiklərini bildiriblər.
Aksiya iştirakçıları “İtlər yanımızda, itlər yuvamızda”, “Belə yaşamaq çətin, bizə bunu çox görməyin” şüarları səsləndiriblər.
Habelə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi əleyhinə və başqa plakatlar da qaldırılıb.
Polis əməkdaşları aksiya iştirakçılarını saxlayaraq naməlum istiqamətə aparıb. Onlar bunu aksiyanin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaması ilə izah ediblər.
Məsələ ilə bağlı “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb. Amma bundan əvvəl mərkəzdən bu məsələlərlə bağlı onların ünvanlarına səslənən ittihamları rədd etmişdilər.
Aksiyadan bir qədər sonra bütün saxlananların sərbəst buraxıldığı bildirilib.



