BAKIDA ESKALATOR QƏZASI BAŞ VERDİ

2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib

Dekabrın 4-də İncəsənət Gimnaziyası yaxınlığındakı yeraltı keçiddə eskalatorun qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 2 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib.

“Pasiyentlərə dərhal zəruri tibbi yardım göstərilib, onlara başın açıq yarası, sol ayağın sınığı və diz oynağının əzilməsi diaqnozları təyin edilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button