
Bakıda bir qrup aktivist COP29 keçirilən məkanda aksiya keçirib
Yayımlandı: 11 Noyabr 2024 14:59
Onlar İsrailə neft satmağı dayandırmağı tələb ediblərBakıda COP29 tədbiri zamanı bir qrup aktivist ”Genosidə neft verməyi dayandırın!” şüarı ilə aksiya keçirib.
Aksiya COP29-un keçirildiyi əsas məkanda baş tutub.
İştirakçılar Azərbaycanın İsrailə neft satmasına etiraz ediblər.
Noyabrın 11-də Bakıda BTM-nin İqlim Konfransı başlayıb.
Tədbirin noyabrın 22-dək davam edəcəyi bildirilir.



