Bakıda avtobus partlayıb yandı

Yayımlandı: 21 İyul 2023 15:35

 Hadisə nəticəsində xəsarət alan olmayıb

Bakıda – Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində 46 saylı marşrut xətti üzrə hərəkət edən avtobus partlayıb. Hadisə iyulun 21-də günorta saat 13 radələrində baş verib. Bu barədə Meydan TV-yə qəsəbədə yaşayan sakinlər məlumat verib.

Hadisənin şahidləri bildirir ki, partlayış nəticəsində qəsəbədə möhkəm səs eşidilib. Partlayışdan sonra avtobusda yanğın başlayıb.

“Avtobus demək olar ki, kül oldu. Yaxşı ki, axırıncı dayanacaqda idi. İçində heç kim yox idi”, – şahidlər bildirib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib:

Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button