![Bakıda atışma olub, yaralananlar var [Video]](/yukleme/2023/03/Bakida-atisma-olub-yaralananlar-var-Video-780x470.jpg)
Bakıda atışma olub, yaralananlar var [Video]
Martın 10-da günorta saatlarında Bakıda Dövlət Sirkinin yaxınlığında atışma baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) AzadlıqRadiosuna bildirilib ki, paytaxtın Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub: “Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.
Bir həftə öncə, martın 4-də Bakının Xətai rayonunda “Bravo” hipermarketində silahlı basqın yaşanmışdı. Onda bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdı.
DİN və Baş Prokurorluq sonradan bununla bağlı əməliyyat keçirdiyini, basqında şübhəli sayılanlardan birinin öldürüldüyü, üç nəfərin isə həbs edildiyini bildirdi. Rəsmi açıqlamada öldürülən şəxsin polisə müqavimət göstərdiyi vurğulanmışdı. Rəsmi açıqlamaya öldürülən və saxlanan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.



