
Bakı və Aşqabad “qarşılıqlı maraq doğuran məsələləri müzakirə” edib
Azərbaycan və Türkmənistan arasında “qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub”, rəsmi Bakı bildirib.
XİN Mətbuat xidmətinin bu gün açıqladığı məlumatına əsasən, Azərbaycan və Türkmənistan diplomatiyasının başçıları Ceyhun Bayramov və Rəşid Meredov telefon söhbəti zamanı, iki ölkə arasında “ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər” ətrafında fikir mübadiləsi aparıblar.
“Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – məlumatda deyilib.
“Bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkmənistan-Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb”, – XİN-in açıqlamasında qeyd olunub.



