Bakı və Ankara hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər

Bundan əlavə, tərəflər Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin və hərbi heyətinin “Texnofest-2022” festivalında iştirakını nəzərdən keçirib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere ilə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması müzakirə edilib”, – məlumatda deyilir.

Bundan əlavə, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin və hərbi heyətinin “Texnofest-2022” festivalında iştirakı məsələlərinə baxılıb. Türkiyədə hər il keçirilən bu aviasiya və kosmik texnologiya festivalı bu il mayın 26-29-da Bakıda təşkil olunacaq.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button