
Bakı İstintaq Təcridxanası ilə məhkəmə prosesi başladı
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun 26 noyabr 2011-ci ildə Bakı İstintaq Təcridxanasının rəhbərliyindən məhkəməyə etdiyi şikayətə mayın 30-da 2 saylı İstintaq Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında baxılıb.
Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. Bu məhkəmə də gərginliksiz keçməyib. Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb.
Məhkəmədə Bakı İstintaq Təcridxanasını Qeydiyyat İdarəsinin rəisi və Rejim Nəzarət Şöbəsinin rəisi təmsil ediblər. Lakin onların rəsmi nümayəndəlik kağızı olmadığından məhkəmə prosesə başlaya bilməyib. Məhkəmədə BİT-in nümayəndələri Ə.Zeynalının məhkumlar üçün nəzərdə tutulmuş qəfəslikdən prosesdə iştirakının təmin edilməsilə bağlı vəsatət qaldırsalarda hakim Ə.Zeynallının məhkum olunmuş şəxs olduğu sübut olunmadığını əsas gətirərək, qəfəsliklə bağlı vəsatəti təmin etməyib.
Məhkəmə iyunun 29-da saat 11.00-da Nizami rayon Məhkəməsində keçiriləcək.
XuralTAC




