Bakı İrana gedənlərə xəbərdarlıq edir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana səfərlə bağlı xəbərdarlıq edir.

Nazirliyinin iyunun 3-də yaydığı xəbərdalıqda qeyd olunur ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçilik nəzərə almalı və zərurət olmadığı halda İrana səfər edilməməlidir.

“…səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur.” -nazirliyin xəbərdarlığında deyilir.

XİN hazırda İranda olan Azərbaycan vətəndaşlarından da tələb edir ki, mühafizə və təhlükəsizlik qaydalarına riayət etsinlər.

Xatırlatma

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.

Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsullugu fəaliyyətini davam etdirir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button