“Bakı Gəmiqayırma Zavodu”ndan çəkilən qalmaqallı fotonun müəllifinin atası yenidən gündəmə gəldi

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) direktor müavini olan Şahlar Məmmədov işdən çıxarılıb.

Məlumata görə, Ş.Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis muavini vəzifəsinə təyinat alıb. Onun əvvəlki vəzifəsinə isə təyinat olmayıb.

Xatırladaq ki, hələ 3 il əvvəl 2018-ci ildə Şahlar Məmmədovun adı qalmaqallı olayda hallanmışdı.

Onun oğlu Hikmət Məmmədov sosial media resurslarında “Bakı Gəmiqayırma Zavodu” ilə bağlı foto yaymışdı. Fotoda zavodun lövhəsindəki “gəmiqayırma” sözündə “G” hərfinin düşdüyü, yerdə qalan hərflərdən isə biədəb bir söz yarandığı görünür.
Картинки по запросу bakı gəmiqayırma zavodu
Zavodun yaydığı məlumatda deyilirdi ki, 22 oktyabr saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib. BGZ-nin yaydığı rəsmi açıqlamada fotonun müəllifi kimi göstərilən Hikmət Məmmədovun Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədovun oğlu olduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, Məmmədov Şahlar Əyyub oğlu 2006-cı ildən Dövlət Dəniz Administrasiyasının rəis müavini vəzifəsinə təyin edilib. Administrasiya Dövlət Dəniz Agentliyinə çevrildikdən sonra isə direktor müavini kimi fəaliyyətini davam etdirib. O, hətta Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Prezidentin sərəncamı ilə 21 sentyabr  2011-ci il tarixində Ş. Ə. Məmmədov Dövlət Dəniz Administrasiyası rəisinin müavini təyin edilib.
Картинки по запросу Dövlət Dəniz Agentliyinin direktor müavini Şahlar Məmmədov
“Bakı Gəmiqayırma Zavodu”nun marketinq şöbəsindən bildirilib ki, “O adam bizim zavodumuzun adını yayıb, biz də onun adını yaymışıq… Hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib. BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək saat 16:13 radələrində bu lövhəni görüb və onun fotoşəklini çəkərək digərləri ilə paylaşıblar. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”.

“Gəmiqayırma Zavodu”nu biabır edən şəxs məmur oğlu imiş

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button