Bakı 104 il əvvəl təkrar azadlığa qovuşdu

Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 104 il tamam olur.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi Diktaturası mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti rəhbərlik edib.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button