Bahar Muradovanın qohumu Ağdama qan uddurur

Bizə yazırlar…

Prokuror 80.000 manata evini, 50.000 manata isə prokurorluğun binasını təmir etdirir…

Ağdam rayonunun yeni təyin edilmiş prokuroru Kamran Əhmədov Ağdama gəldiyi ilk gündən ağdamlılara zülüm verir. Ona görədir ki, qaçqınlar üçün inşa etdirilən yeni qəsəbədən Ağdam rayon icra hakimiyyətinin başcısı ona 4 otraqlı ev baxşiş edib. Lakin Kamran Əhmədov o evi bəyənməyərək sökdürüb və yenidən Ağdam ictimaiyyətinin pulları hesabına inşa etdirir. Bunun üçün prokuror idarə-müəssisə rəhbərlərini, ərazi nümayəndələri və bələdiyyələri, hətta məktəb direktorlarını belə otağına çağıraraq açıqca pul tələb edir. Köməkçisini mağazalara yollayaraq zorla onlardan tikinti materialları götüzdürür. Evini 70.000-80.000 manatlıq təmir etdirir. Bunlar azmış kimi, keçmiş prokurorun yenicə təmirdən çıxardığı idarənin binasını 50.000 manatlıq təmir etdirir. Bunu da camaata belə izah edir ki, “dövlət pul ayırmır, mən də bunu haradansa almalıyam”.

İndi ağdamlıları belə bir sual daha çox düşündürür: “Kamran Əhmədov Ağdama korrupsiyanın qarşısını almaq üçün, yoxsa rüşvət və korrupsiyanı artırmağa göndərilib?!” Onu dəqiq bilmək olmasa da, bir şey məlumdur ki, Kamran Əhmədov vitse-spiker Bahar Muradovanın qohumudur. Onun belə hərəkətlərə yol verməsini və açıqca, qorxmadan ağdamlılara əziyyət etməsini yalnız bununla izah etmək mümkündür.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button