
Bəxtiyar Hacıyev niyə həbs edildi?
Vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.
***
14.23
Bəxtiyar Hacıyev saxlanılıb.
Bu barədə APA-ya vəkil Aqil Layıc məlumat verib.
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi 221.3 (xuliqanlıq) və 289.2 (məhkəməyə hörmətsizlik) üzrə cinayət işi açılıb.
Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd olunub ki, B. Hacıyev hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə aparılır.
B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə bağlı bir müddət əvvəl Yasamal rayon məhkəməsində keçirilən prosesdə məhkəməyə hörmətsizlik etdiyi iddia olunur.



