
Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verildi
Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsini birləşdirib.
Bununla bağlı komitə sədri Səfər Mehdiyev əmr imzalayıb. Belə ki, yeni yaradılan qurumua Həsən Eyyubov rəis təyin edilib.
Qeyd edək ki, Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub. (unikal.org)
24saat.orgxatırladırki, Həsən Eyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.



