Azərbaycanlı jurnalist Ukraynada vəfat edib

Yayımlandı: 29 Mart 2024 11:47

Ürəyində problem olduğu bildirilir

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli vəfat edib.
Onun ürək tutmasından həyatını itirdiyi bildirilir.

İdrak Camalbəyli “Amerikanın səsi” ​radiosunun əməkdaşı olub.

Ölümü ilə bağlı yaxınları, dostları sosial şəbəkələrdə məlumat paylaşıb.

İdrak Camalbəyli Rusiya-Ukrayna müharibəsinin qızğın getdiyi bölgələrdən reportajlar hazırlayırdı. O, 48 yaşında, Kiyevdə ürəktutmasından ölüb.

Onun daha öncə ürək əməliyyatı olunduğu da bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button