Azərbaycanın Livandakı səfirliyinə şüşələr atılıb

Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirilib, binaya içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələr atılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN-in rəsmi açıqlamasında aksiya keçirənlər “50-yə yaxın erməni əsilli şəxslər” kimi təqdim edilir.

Məlumatda bildirilir ki, hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

“Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar”, – XİN vurğulayır.

Açıqlamaya görə, olayları törədənlərin aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Bu açıqlamaya, hələlik, aksiya iştirakçıların münasibəti bəlli deyil.

Son illər Azərbaycanın xaricdəki daha bir neçə səfirliklərinə də oxşar hücumlar olduğu bildirilib. Elə 2022-ci ilin sentyabrın 16-da Livandakı Azərbaycan səfirliyinə də hücum olduğu açıqlanmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button