
Azərbaycanda yayılan ştamın 94 faiz Delta ştamıdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib ki,
“Azərbaycanda yayılan ştamın 94 faiz Delta ştamıdır. Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır. Biz hazırda bilirik ki, respublikamızda yayılan ştam Delta ştamıdır. Delta ştamı ölkədə yoluxanların sayının artımına səbəb olur”.



