
Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək
Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib.
Bununla bağlı prezident İlham Əliyev bu gün, dekabrın 7-də sərəncam imzalayıb.
Sənədlə Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezidenti seçkisinin 2024-cü il fevralın 7-nə təyin olunması və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.



