
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Aprelin 10-da Astanada Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin görüşü olub.
Sonra iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
AZƏARTAC-ın xəbərinə görə, əvvəlcə prezidentlər “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” imzalayıblar.
Daha sonra iki ölkə arasında biznes, elm və başqa sahələrdə əməkdaşlığa aid sənədlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev bugün, aprelin 10-da Qazaxıstana səfər edib.



