Azərbaycan prezidenti üçüncü nəvəyə sahib oldu

27.06.2012
Azərbaycan prezidenti İlham Əliyevin daha bir nəvəsi dünyaya gəlib.

Lent.az-ın məlumatına görə, ölkə başçısının ötən il iş adamı Səməd Qurbanovla ailə quran kiçik qızı Arzu Əliyevanın oğlan övladı dünyaya gəlib.

Xatırladaq ki, Türkiyə prezidenti Abdulla Gül də bu münasibətlə dünən prezident İlham Əliyevi təbrik edib. Bu barədə Türkiyə Cümhurbaşqanlığının rəsmi saytındakı məlumatda bildirilib.

Qeyd edək ki, bu, dövlət başçısının üçüncü nəvəsidir. Prezidentin böyük qızı Leyla Əliyeva 2006-cı ilin aprelində tanınmış iş adamı Emin Ağalarovla ailə qurub, 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.

Təbrik edirik!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button