Azərbaycan prezidenti Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabrın 10-da Özbəkistan Respublikasına səfər edib. O, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşünə qatılacaq. Görüşdə üzv ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

Hazırda Özbəkistanın Səmərqənd şəhərində TDT Xarici İşlər Nazirləri Şurasının IX iclası keçirilir. İclasda Azərbaycanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

TDT 2009-cu ildə yaradılıb. Quruma Azərbaycandan başqa Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button