Azərbaycan Mədəniyyət Nazirliyi “TikTok”la əməkdaşlığa başlayır

Yayımlandı: 1 İyun 2023 15:32

Nazir “TikTok”un nümayəndələri ilə görüşüb

Azərbaycan Mədəniyyət Nazirliyi “TikTok” platforması ilə əməkdaşlığa başlayır.

Bu haqda Mədəniyyət Nazirliyinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bu məqsədlə “TikTok”un Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri ilə görüşüb.

Adil Kərimli deyib ki, müasir rəqəmsal platformalar cəmiyyətdə, fərdlərin və ictimai fikrin formalaşmasında mühüm rol oynayır:

Bu platformada Azərbaycan mədəniyyətinin təbliği, davranış mədəniyyətinin formalaşdırılması və bu kimi məqsədlərlə xidmət edən rəqəmsal məzmunun yerləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan “TikTok” platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir”.

“TikTok” 2016-cı ildə Çində yaradılıb.

2018-ci ildə beynəlxalq versiyası istifadəyə verilən videoplatforma qısa müddətdə bütün dünyada yayılıb.

Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button