
Azərbaycan hərbçisinin təlim zamanı öldüyü bildirilir
Yayımlandı: 5 İyun 2024 22:54
Məlumatı Müdafiə Nazirliyi yayıb
İyunun 5-də Azərbaycan ordusunun gizir Sənan Əhmədovun hərbi təlim zamanı həyatını itirdiyi bildirilir.
Bu barədə Meydan TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sənan Əhmədov paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Meydan TV hərbçinin yaxınlarından münasibət öyrənə bilməyib.



