Azərbaycan Aİ ilə enerji memorandumu imzaladı

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında Bakıda baş tutan görüş çərçivəsində imzalanıb.

Onlar mətbuata bəyanatlarla çıxış ediblər. Hələlik, rəsmi mənbələr bəyanatın mətnini yaymayıblar.

Memorandum Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda imzalanıb. Fevralın 24-də başlanan müharibədən sonra Avropa İttifaqı Rusiya qazından imtinaya qərar verib və alternativ mənbələr axtarmaqdadır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button