Azad media carçıları Azərbaycan “həqiqətlərini” Avropaya daşıdılar…

03.05.2012

Əli Həsənov; “Azad medianın dairəsi hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə deyil” (?!) 

Mayın 1-də Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə dair keçirilən seminarda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, “Bizim problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik.

İkincisi, jurnalistlərimizin peşəkarlığını artırmalıyıq. Çünki azad medianın dairəsi genişləndikcə, qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət, millət və bütün insan təbəqələri demək olar ki, əziyyət çəkir. Biz hazırda diffamasiya haqqında qanunun qəbul olunması ərəfəsindəyik. Mən bütün jurnalist təşkilatlarına təşəkkür etmək istəyirəm ki, bu qanun layihəsinin hazırlanmasında və müzakirəsində ATƏT və QHT-lərlə birlikdə iştirak ediblər və belə bir qanun layihəsi hazırlamışıq. Azərbaycan Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin biz jurnalistlərdən qarşılıqlı addım gözləyirik. Nədir bu addım? Bütün Azərbaycan jurnalistləri jurnalistlərin vahid əxlaq kodeksini qəbul etməlidir. Cinayət məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o öz məsuliyyətini dərk edir, cəmiyyət qarşısında və vahid əxlaq kodeksinə tabe olur. Güman edirəm ki, bugünkü dialoqdan sonra da biz bu sahədə işlərimizi davam etdirəcəyik. Biz bütün tənqidlərə açığıq, bütün konstruktiv təklifləri qəbul etməyə, müzakirə etməyə hazırıq və biz Azərbaycanı Avropanın, Azərbaycan cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi kimi görmək istəyirik. Əlbəttə, 20 ilə Azərbaycanda Avropanın 100 illərlə qurduğu demokratiyanı, siyasi plüralistik mühiti yaratmaq çətindir. Burada bizim mentalitetimiz də nəzərə alınmalıdır. Biz jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur. Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər də qazanıb”.

Qeyd: Azərbaycanın azad media mübarizlərindən biri “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Prezident Administrasiyasının “səyi” nəticəsində həbs edilərək BİT-da saxlanılır. Onun təsisçisi olduğu “Xural” qəzetinin nəşriyyatlar tərəfindən dərc olunmaması üçün Əli Həsənov “xüsusi tapşırıq” verib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button