
'Azərsu' olmayacaq…
Martın 30-da Prezident İlham Əliyev “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyasını yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-lər əmlakları ilə birlikdə yeni agentliyin tabeliyinə verilib.
Agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” fəaliyyətlərini davam etdirəcək.



