Azərbaycanın ilk Ombudsmanı vəfat edib

Yayımlandı: 25 Aprel 2024 14:48

Elmira Süleymanovanın hansı xəstəlikdən öldüyü açıqlanmayıb

Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

87 yaşlı Elmira Süleymanovanın aprelin 25-də vəfat etdiyi bildirilir.

Elmira Süleymanova 1937-ci ildə Bakıda anadan olub.

1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alan E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışıb.

Kimya elmləri doktoru, professor Elmira Süleymanova  2002-2019-cu illərdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button