
Azərbaycanın 383 hərbçisi Türkiyədə təlimi başa vurub
Türkiyədə kursa göndərilən 383 azərbaycanlı hərbçi üçün bağlanış mərasimi keçirilib.
Xural.com-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin İsparta şəhərinin Eğirdir qəsəbəsində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının 23 avqust-16 oktyabr tarixləri arasında təşkil etdiyi “Əməliyyat Təlim Kursu”nda təlim keçən 383 azərbaycanlı hərbçi üçün bağlanış mərasimi keçirilib.





