
Azərbaycanda yaşayış minimumunun məbləği 9 manat artırılır
Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.
Xural.com–un əldə etdiyi məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləği 196 manatdan 205 manata, yəni 9 manat – 5 ABŞ dolları qaldırılmasının müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.



