Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr iki dəfə artırılır

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cəirmələr iki dəfə artırılır.

Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cəimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək

Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək

Azərbaycanda nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.

Bbu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırda bu müddət 24 saatdır.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button