Azərbaycanda futbol klubunun avtobusu qəzaya uğrayıb

Yayımlandı: 7 Mart 2023 15:04

Xəsarət alanlar var

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var. Bu barədə məlumatı Peşəkar Futbol Liqası (PFL) yayıb.

Hadisə martın 7-də, “Mingəçevir” futbol komandası 1-ci divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib. Komandanı aparan avtobus yolda qəzaya uğrayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar var.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” oyunu təxirə salınıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button