“Azərbaycanda Amnistiya Aktına ehtiyac var”

“Bu il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” olduğu üçün Amnistiya Aktına da ehtiyac var”.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O qeyd edib ki, Ulu Öndər hakimiyyətə gələndən sonra ilk olaraq ölüm hökmünə moratorium qoyuldu və bundan sonra Azərbaycanda ölüm hökmü ləğv olundu: “Ümummilli Liderdən başlayaraq Prezidentin və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda 13 Amnistiya Aktı qəbul olunub, 70-dən artıq əfv sərəncamı verilib. Hesab edirəm ki, parlament də təşəbbüs göstərərək Müstəqillik Gününə qədər hazırlayıb təqdim edə bilər.

Əfv Komissiyasında müraciətlərə baxılır, buraxılanlar olur. Amma amnistiya geniş əhatəyə şamil olunur. Ona görə də belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Xüsusilə Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button