Azərbaycan yenə mövqelərinin atəşə tutulduğunu bildirir

Azərbaycanın Müdafiə nazirliyi Kəlbəcər və Laçın istiqamətində mövqelərinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulduğunu bildirir.

Nazirliyin sentyabrın 4-də yaydığı məlumatda qeyd olunur ki, Ermənistan tərəfdən sentyabrın 3-ü günortadan 4-ü səhər saatlarınadək Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərindəki mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Məlumatdqa itki olmadığı və cavab tədbirləri görüldüyü bildirilir.

Hələki bu məlumata Ermənistan Müdafiə nazirliyinin hər hansı münasibəti yoxdur.

Son günlər tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırırlar, hər dəfə də qarşılıqlı olaraq ittihamlar rədd edilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button