Azərbaycan İrana nota verdi: Ölkə ərazisinə qanunsuz keçid var

Yayımlandı: 3 Dekabr 2022 18:45

XİN sənədi səfirliyə təqdim edib

Azərbaycan İran İslam Respublikasına nota verib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama yayıb.

Səbəb kimi İran İslam Respublikası vətəndaşlarının Azərbaycan ərazilərinə qanunsuz keçidi göstərilib:

“Azərbaycan ərazilərinə hər hansı bir xarici səfər milli qanunvericilik çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir. İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib. Hazırda məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”.

Məlumatda son günlər 14 nəfər İran vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olduğu qeyd olunub.
Rəsmi Tehran hələ iddialara cavab verməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button