Azərbaycan Hərbi Hava Qüvvələri komandanı ABŞ-a gedib

Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına səfər edib.

Bu barədə aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, ordu-generalı Çarls Braun ilə görüşüb:

“Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.”

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button