Azərbaycan XİN Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etdi

Yayımlandı: 26 Dekabr 2023 15:46

Səfirə nota təqdim olunub

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilir.

Bu barədə məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi səfir Ann Buayona nota təqdim edildiyini qeyd edir:

“Səfirə 2 diplomatın “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu çatdırılıb”.

Foto: Arxiv

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib. Onlar Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub”,-deyə XİN əlavə edib.

Bildirilir ki, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Ancaq XİN-in məlumatında Fransaya verilən notanın və diplomatların “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunmasının səbəbləri göstərilməyib.

Səfirlik də bu barədə hər hansı açıqlama yaymayıb.

Meydan TV Fransa səfirliyinin mətbuat xidmətinə sorğu göndərsə də, hələ cavab almayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button