Azərbaycan və Türkiyə müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Heydər Əliyev Mərkəzində birgə mətbuat konfransı keçirilib.
Bu barədə Xural.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Konfransda media nümayəndələrinin sualları cavablandırıldıqdan sonra hər iki qardaş ölkənin müdafiə nazirləri bəyanatla çıxış ediblər.
Müdafiə naziri general-polkovnik Z.Həsənov Vətən müharibəsində Türkiyənin həm siyasi, həm də mənəvi dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Nazir Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib. Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib:
Zakir Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə yüksək peşəkarlıq nümayiş etdirdiyi diqqətə çatdırıb.
Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.
Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
Türkiyənin milli müdafiə naziri H.Akar hər iki ölkənin ortaq tarixinin olduğunu bildirərək qardaşlığımızın əbədi davam etdiriləcəyini xüsusi vurğulayıb. Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib:
“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın uzatdıqları sülh əlini Ermənistanın fürsət olaraq dəyərləndirməsini və bu imkandan istifadə etməsini istəyirik”.
Hulusi Akar onu da bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin əmri və komandanlığı altında “Bir Vətən əməliyyatı”nı uğurla həyata keçirib.
Türkiyənin müdafiə naziri deyib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalı altındakı torpaqlarını azad edib: “İndi yeni bir mübarizə, iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq azərbaycanlı qardaşlarımızla birgə fəaliyyət göstərərək oraya xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcılar və minalar başda olmaqla, hər cür təhdid və təhlükənin aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”.
Hulusi Akar Azərbaycanın istənilən probleminin həll olunması istiqamətində Türkiyənin bütün imkanlarını səfərbər etməyə hər zaman hazır olduğu diqqətə çatdırılıb. Milli müdafiə naziri ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.
Mətbuat konfransının sonunda media nümayəndələri ilə birgə xatirə fotosu çəkdirilib.




