
Azərbaycan-İran yaxınlaşması fonunda yeni gərginlik cəhdləri?
Son zamanlar Azərbaycan və İran arasında müşahidə edilən yaxınlaşma tendensiyası İsrailin narahatlığına səbəb olub. Bu narahatlıq, bir sıra hadisələrlə özünü büruzə verir.
Belə ki, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi diqqətdən yayınmayacaq qədər sayğısız oturuş forması – bəzilərini fotoya istinadən Netanyahunun saymazyana və sayğısız oturuşu kimi şərh bildirir – qarşılaması, Baş nazir Əli Əsədovun İranda prezident Pezeşkian tərəfindən isə böyük hörmət və ehtiramla qarşılanması, son günlər İran və Azərbaycan rəsmilərinin tez-tez görüşməsi, Şimal-cənub dəhlizinin açılması üçün böyük işlərin görülməsi və nəhayət, hakimiyyətə yaxın olan media qurumlarına kiber hücumların olması və Hüseyniyyun təşkilatının bayrağının gündəmə gəlməsi, İsrail tərəfinin narahatçılığı ilə əlaqələndirilir və yenidən İran və Azərbaycan arasında gərginliyin artmasına hesablanmış təxribatlar kimi dəyərləndirilir.
Bu hadisələr zəminində İsrailin narahatlığını anlamaq üçün bir neçə amili nəzərə almaq lazımdır:
İsrail, İranın regiondakı güclənməsini öz təhlükəsizliyi üçün bir təhdid kimi görür. Azərbaycan-İran yaxınlaşması, İranın regiondakı təsirini daha da artırmasına gətirib çıxara bilər ki, bu da İsrail üçün arzuolunan deyil.
Azərbaycanın İsrail ilə sıx münasibətləri var. Lakin, Azərbaycanın İranla yaxınlaşması İsrailin bu ölkədəki maraqlarına zərbə vura bilər. İsrail, Azərbaycanın öz orbitindən çıxmasını istəmir.
İsrail, regiondakı qeyri-sabitlikdən narahatdır. Azərbaycan-İran yaxınlaşması, regionda yeni bir güc balansı yarada bilər ki, bu da İsrailin maraqlarına zidd hesab olunur.
Şimal-cənub dəhlizinin açılması, İranın regiondakı iqtisadi və siyasi təsirini artıracaq. Bu isə İsrailin narahatlığına səbəb olur.
Bütün bu amillər, İsrailin Azərbaycan-İran yaxınlaşmasından narahat olmasının əsas səbəbləridir. İsrail, bu yaxınlaşmanın qarşısını almaq üçün müxtəlif yollara əl ata bilər. Bu yollar arasında təxribatlar, kiber hücumlar və digər vasitələrlə iki ölkə arasında gərginlik yaratmaq da ola bilər.
Lakin, Azərbaycan və İran da öz milli maraqlarını güdərək, bu cür təxribatlara qarşı müqavimət göstərməlidir. İki ölkə arasında olan əlaqələrin inkişafı, regiondakı sabitliyə və təhlükəsizliyə töhfə verəcəkdir. Bu isə hər iki ölkənin maraqlarına uyğundur.
Son olaraq, İsrailin narahatlığı fonunda Azərbaycan-İran yaxınlaşmasının gələcəyi yaxın zamanlarda daha da aydınlaşacaqdır. Lakin, hər iki ölkənin öz milli maraqlarını qoruyaraq, regiondakı sabitliyi və təhlükəsizliyi qorumaq üçün birgə səylər göstərəcəyinə ümid edilir.

İLQAR HÜSEYNLİ



