AYNA-NIN SƏLAHİYYƏTLƏRİ ARTIRILDI

Bütün nəqliyyat qovşaqlarını və avtomobil duracaqlarını AYNA idarə edəcək

Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsində dəyişiklik edib.

Xural.org “Unikal”-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək Agentliyin vəzifəsi kimi müəyyən edilib.

Nazirlər Kabineti və Nazirlik fərmandan irəli gələn məsələləri həll etməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button