Avropa İttifaqı Moldovaya 150 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) Moldovaya 150 milyon avro həcmində makroiqtisadi yardım ayıracaq. Yardım istiqrazlar və subsidiyalar şəklində veriləcək.

Ayrılacaq vəsaitin Moldova iqtisadiyyatının sabitləşməsinə və islahat proqramının həyata keçirilməsinə töhfə verəcəyi güman edilir.

Vəsait 2022-2024-cü illəri əhatə edən 3 tranş vasitəsilə ödəniləcək. Yardımın 120 milyon avroluq hissəsi orta və uzunmüddətli istiqrazlar, 30 milyon avroluq hissəsi isə subsidiyalar şəklində veriləcək.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button