Avropa İttifaqı Azərbaycan və Ermənistanı bir masaya oturdacaq

Dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş olacaq.

Bu barədə Brüsseldə, “Şərq Tərəfdaşlığı” ölkələrinin dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində jurnalistlərə Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

“Avropa İttifaqı Şurasının sədri sabah Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə əvvəlcə ikitərəfli görüşlər keçirəcək. Elə sabah da onlarla üçtərəfli görüş olacaq”,-mənbə deyib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button