Avropa Azərbaycanın 34 milyard manatına əl qoydu!

Avropa banklarında 34 milyard vəsait saxlayan məmurlar kimlərdir?

 Qəzetimiz çapa gedərkən Azərbaycan üçün müdhiş bir xəbər aldıq. Avropa banklarında saxlanılan Azərbaycan rəhbərliyində təmsil olunan 1 dövlət xadiminə, 2 iri məmuruna və bir iş adamına məxsus 34 milyard manat vəsait dondurulub.

«XuralTAC»ı bilgiləndirən mənbənin sözlərinə görə, çirkli vəsait olması barədə şübhə Avropanın 4 iri bankında saxlanılan və ölkəmizin ən ünlü simalarına məxsus olan külli miqdarda vəsaitə Avropanın əl qoymasına səbəb olub.

Avropa Birliyi illərdir ən nüfuzlu banklarında saxlanılan bu vəsaitin şübhəli mənbəyini indimi bildi? Niyə məhz bu vaxt hərəkətə keçməli və Azərbaycanın dövlət büdcəsindən 2 dəfə artıq olan vəsaiti dondurmalıydı?

Mənbənin sözlərinə görə, buna səbəb heç də demokratik islahatların gerçəkləşməsinə nail olmaq və ya insan hüquq və azadlıqları ilə bağlı tələblərin yerinə yetirilməsi üçün hakimiyyətə edilən təzyiq deyil. Olayın mahiyyətində Azərbaycandan «Nabukko» layihəsinin gerçəkləşdirilməsi üçün tələb olunan vəsaitin verilməməsidir. Xatırladaq ki, əlavələrlə bu layihəyə 9 milyard avro sərf olunmalıydı ki, bununda 1/3 hissəsi Azərbaycandan istənilmişdi. Azərbaycan isə tranzit olaraq vəsait qoymadan layihəyə qoşulmaq istəyini bildirmişdi. Nəticədə Azərbaycana noyabr ayına qədər qərarına yenidən baxmaq üçün müraciət edildi.

Hazırda Avropa banklarında Azərbaycanın xarici siyasətinə təsir etmək imkanına malik nüfuzlu məmurların vəsaitlərinə qoyulan həbs bu qərarın dəyişməsi üçün edilən ciddi təzyiq deməkdir.

Azərbaycan məmurlarının varidatına həbs qoyan Avropa banklarının adı və pul sahiblərinin kimliyi barədə araşdırmaya başlamışıq.

Hər hansı gəlişmə olacağı təqdirdə Oxucularımızı məlumatlandıracağıq.

XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button