
ATƏT sədri Ermənistan və Azərbaycanı münaqişənin deeskalasiyasını davam etdirməyə çağırıb
İsveçin xarici işlər naziri “Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəsi vasitəsilə prosesə dəstəyini bir daha təsdiqlədi”
Xural.com TASS-a istinadən xəbər verir ki, ATƏT-in sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbət edib və münaqişə tərəflərini Azərbaycan-Ermənistan sərhədində deeskalasiyanı davam etdirməyə çağırıb.
“Bu gün xarici işlər naziri Ceyhun Bayramovla regiondakı son hadisələrlə bağlı yaxşı söhbətim oldu. O, deeskalasiyanın davam etdirilməsinə çağırdı. O, Minsk Qrupunun həmsədrləri və mənim şəxsi nümayəndəm vasitəsilə prosesə dəstəyini təsdiqlədi”, – Linde cümə axşamı Twitter-də yazıb.
Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi 2020-ci il sentyabrın sonunda baş verib, lakin Rusiya Federasiyasının fəal vasitəçiliyi ilə noyabrın 9-da dayandırılıb. 2021-ci il noyabrın 16-da, bir il sonra, Ermənistan və Azərbaycan sərhədinin başqa bir hissəsində şiddətli döyüşlər başladı. İrəvan Azərbaycan qüvvələrinin işğalını elan edib, Bakı Ermənistan tərəfini təxribatlarda və Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda ittiham edib.
Hadisələrlə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycandan olan həmkarları ilə növbəli telefon danışıqları aparıb. Bundan sonra tərəflər sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görüb və vəziyyət normallaşıb.



