
Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib
Yayımlandı: 16 İyul 2024 17:53
Komitə 35 məntəqədə toplanan qanın xəstələrə göndərildiyini deyir
Bu il Aşura ilə əlaqədar ölkədə 35 ünvanda qanvermə məntəqələri təşkil olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iyulun 16-da yaydığı məlumatda bildirir ki, 2023-cü ildə belə məntəqələrin sayı 16 olub. Qeyd olunur ki, qanvermə məntəqələri ali məktəblərdə, xəstəxanalarda və məscidlərdə açılıb:
“Toplanan qan hemofiliyalı və talassemiyalı xəstələrə göndərilir”.



