Arzu Rəhimov vəzifəsindən çıxarıldı

Yayımlandı: 17 Aprel 2023 12:10

Mürsəl İbrahimov xidmətin rəisi təyin olunub

Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev aprelin 17-də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Arzu Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışırdı.

Ona qədər A.Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi olub.

Yeni rəis Mürsəl İbrahimov 1970-ci ildə Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb.

Mürsəl İbrahimov. Foto: sosial şəbəkə

Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib.

M.İbrahimov 10 ildən artıq keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib.

2015-ci ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button