Argentina millisi üzərində qələbəyə görə bir günlük bayram

Yayımlandı: 22 Noyabr 2022 22:16

Tələbələr də dərslərı getməyəcəklər

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud bu ölkənin futbol üzrə yığma komandasının Qətərdə keçirilən dünya çempionatında Argentina üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button