
Ankarada silahlı hücum olub
Ankarada Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinə silahlı hücum olub. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya terror hücumu nəticəsində ölənlərin və yaralıların olduğunu bildirib.
Onun X hesabında yazdığına görə, hadisə Ankaranın Kahramankazan rayonunda baş verib.
Türkiyə mediası şirkət ərazisində girişlərdən birinin yaxınlığında partlayış baş verdiyini, bundan sonra ərazidə atışma səsləri eşidildiyini yazır.
Xəbər yenilənir



