Andranik Köçəryan Azərbaycan qoşunlarının geri çəkilməsilə bağlı, “Niyə tələsirsiniz?”,-deyib

Hakim orqanın nümayəndəsi Andranik Köçəryan hesab edir ki, Ermənistan ərazilərində Azərbaycan tərəfinin hərbçisi ola bilməz.

Xural.com Sputnik Armeniyaya istinadən xəbər verir ki, bu haqda cümə günü jurnalistlərə Mülki Müqavilə fraksiyasının üzvü Andranik Köçəryan məlumat verib: “Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin “erməni” ərazisindən çıxarılması məsələsində səbr nümayiş etdirməlidir!”

“Niyə tələsirsiniz? Tələsməyin, sakitləşin. Bu məsələdə şəffaflıq və səbir nümayiş etdirmək lazımdır”.
Azərbaycan silahlı qüvvələrinin “erməni ərazisi”ndən çıxarılmasına toxunan Köçəryan “Hardakı hər şey bizimdir, orada heç bir xarici silahlı qüvvə ola bilməz”, -deyib.
Sərhədin demarkasiyası və delimitasiyasının hansı xəritə əsasda aparılmalı olduğu məsələsinə gəlincə, Köçəryan deyib ki, bu xəritə tək Rusiya tərəfində deyil, Ermənistan tərəfində də var. O, Ermənistanın baş nazirinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovla dünənki görüşünü də şərh edib və qeyd edib ki, Moskva və İrəvanın müzakirə üçün çoxlu mövzuları var.
Oktyabrın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovla görüşüb. Söhbət zamanı hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin regiondakı hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, mayın 12-dən Azərbaycan qoşunları  Göyçə mahalı Çəmbərəkənd bölgəsinin (Qeqarkunik rayonu) Şorca (Kut və Verin Şorja kəndləri) yaxınlığındakı ərazilərdədir. Analoji vəziyyət Qara göldə də mövcuddur.

Ermənilər 10 noyabr müqaviləsinin şərtlərini heçə sayaraq Azərbaycan qüvvələrinin bu ərazilərdən çıxarılmasını tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button